Kömək
Tez-tez verilən suallar
Rəqəmsal dəvətnamələr haqqında ən çox soruşulanlar. Cavabı tapmasanız, WhatsApp-dan yazın, həmin gün cavablayırıq.
Rəqəmsal dəvətnamələr
Sifarişlə hazırlanan, paylaşmağa hazır dəvətnamələr
- Rəqəmsal dəvətnamə nədir?
- Rəqəmsal dəvətnamə tədbirin tarixini, saatını, məkanını, mətnini və fotolarını telefonda açılan şəxsi linkdə təqdim edən dəvətdir. Qonaq heç bir proqram yükləmir, linki WhatsApp, Instagram və ya SMS-dən açır.
- INVI nə edir və dəvətnaməni kim hazırlayır?
- INVI Azərbaycanda toy, nişan, ad günü və digər tədbirlər üçün sifarişlə rəqəmsal dəvətnamə hazırlayır. Dəvəti müştəri özü qurmur: bəyəndiyiniz nümunə seçilir, INVI komandası onu sizin adlarınız, tarixiniz, məkanınız və fotolarınızla hazırlayıb paylaşım linkini təqdim edir.
- Rəqəmsal dəvətnamə neçə manatdır?
- Qonaq cavabı toplamayan sadə link dəvətnamə 49,99 AZN, RSVP formu və Excel siyahısı daxil olan link dəvətnamə isə 99,99 AZN-dir. RSVP paketinə qapıda QR bilet yoxlaması 50 AZN əlavə ilə qoşulur. Qiymətlər birdəfəlikdir, abunə və gizli ödəniş yoxdur. Tamamilə fərdi dizayn və əlavə səhifələr ayrıca qiymətləndirilir.
- Dəvətnaməni necə sifariş edə bilərəm?
- Nümunələrdən birini seçin, sifariş formunu doldurun və müraciətiniz WhatsApp-da açılsın. Dizayn istiqaməti dəqiqləşdirilir, qiymət və təhvil müddəti işə başlamazdan əvvəl yazılı təsdiqlənir. Saytda onlayn ödəniş səhifəsi yoxdur.
- Hansı tədbirlər üçün dəvətnamə hazırlanır?
- Toy, nişan, xına gecəsi, ad günü, körpə sürprizi (gender reveal) və korporativ tədbirlər üçün nümunələr var. Bundan əlavə, sevgiliyə linklə göndərilən interaktiv hədiyyə saytları da hazırlanır.
- Dəvətim nə qədər müddətə hazır olur?
- Müddət seçilən həcmdən və təqdim etdiyiniz materiallardan asılıdır. Mətnlər, fotoşəkillər və əsas məlumatlar tam olduqdan sonra dəqiq təhvil tarixini yazılı şəkildə təsdiqləyirik.
- Qonaqlar proqram yükləməlidir?
- Xeyr. Dəvət adi veb link kimi açılır və istənilən telefonda işləyir. Linki WhatsApp, Instagram, SMS və digər kanallarla qonaqlarınıza göndərə bilərsiniz.
- Dəvətnamədə hansı imkanlar olur?
- Tarix, saat və məkan, xəritə keçidi, foto və mətn hekayəsi, yüngül animasiyalar və tədbirə qalan vaxtı gün, saat, dəqiqə və saniyə ilə göstərən canlı geri sayım hər dəvətdə var. Bəzi dizaynlarda musiqi də olur. İştirak təsdiqi seçilən paketə daxildir.
- İştirak cavabları harada toplanır?
- 99,99 AZN-lik RSVP seçimində qonaqlar linkdə “İştirak edəcəyəm / etməyəcəyəm” cavabını göndərir. Adlar və cavablar sistemdə toplanır, sizə Excel siyahısı təqdim olunur. 49,99 AZN-lik sadə linkdə məlumat toplanmır.
- Qapıda qonaqları QR bilet ilə yoxlamaq mümkündürmü?
- Bəli. RSVP paketinə 50 AZN əlavə ilə giriş nəzarəti qoşulur: qonaqlara e-poçtla QR bilet göndərilir, qapıda isə telefon kamerası ilə skan edilir.
- Dəvət linkini hər kəs tapa bilər?
- Xeyr. Şəxsi dəvət səhifələri axtarış sistemlərində indekslənmir və saytın xəritəsində göstərilmir. Yalnız linki olan şəxs dəvəti aça bilir.
- Dəvətimi sonradan dəyişmək mümkündürmü?
- Bəli. Mətn, fotoşəkil, tarix və məkan kimi məlumatlar yenilənə bilər. Dəyişikliyin həcmi əlavə iş tələb edərsə, qiymət və müddəti əvvəlcədən razılaşdırırıq.
- Dəvət telefonda düzgün görünəcək?
- Bəli. Hər dəvəti əvvəlcə mobil ekran üçün qurur, sonra müxtəlif telefon və planşet ölçülərində oxunaqlılığı, keçidləri və istifadə rahatlığını yoxlayırıq.
Cavabı tapmadınız?
Sualınızı WhatsApp-dan yazın və ya zəng edin. Həmin iş günü cavablayırıq.
Qiymətlərin tam siyahısı: dəvətnamə paketləri.