Bütün linkləriniz bir yerdə
Instagram, TikTok, WhatsApp, sayt və mağaza keçidlərinizin hamısı invi.az/adınız səhifəsində ziyarətçilərinizi gözləyir.
Şəxsi brendiniz və ya şirkətiniz üçün Instagram, TikTok və WhatsApp-da hər platformada eyni linki paylaşın: invi.az/adınız. Bütün kontaktlarınız bir mobil səhifədə, klikləri izləyə biləcəyiniz analitika ilə.
Bir neçə dəqiqəyə qurulur · İstədiyiniz vaxt yenilənir
Instagram, TikTok, WhatsApp, sayt və mağaza keçidlərinizin hamısı invi.az/adınız səhifəsində ziyarətçilərinizi gözləyir.
Şəkil, qiymət və nişanla. Ziyarətçi nəyə toxunduğunu dərhal görür və seçimə daha rahat keçir.
Bir toxunuşla telefona əlavə olunur. Zəng və WhatsApp düymələri də əlaqəni birbaşa başladır.
Ad, telefon və qeyd toplayır. Bütün müraciətlər panelinizdə görünür və Excel faylı kimi yüklənir.
Kampaniyanın başlama və bitmə vaxtını təyin edin. Səhifə məzmunu vaxtında göstərir və vaxtı bitdikdə gizlədir.
Hər linkin neçə klik aldığını, baxışların hansı platformadan gəldiyini və cihaz növünü izləyin.
Avtomobil, elektronika, geyim, aksesuar, həkim və yaradıcı xidmətlər eyni görünmür. Hər şablon həmin sahənin əsas məqsədinə uyğun qurulur: sifariş, rezervasiya, portfolio və ya əlaqə.
Hər addım paneldə aydın göstərilir. Səhifənizi önbaxışdan keçirib hazır olduqda yayımlayırsınız.
Səhifə ünvanınızı seçin
invi.az/adınız formatında markanıza uyğun və yadda qalan ünvanı yoxlayın.
E-poçtla hesabınızı yaradın
E-poçtunuza gələn təhlükəsiz keçidi açın və quruluma qaldığınız yerdən davam edin.
Sahənizi və görünüşü seçin
Biznes sahənizi, marka adınızı və ona uyğun başlanğıc şablonunu müəyyən edin.
Məzmunu tamamlayıb yayımlayın
Keçidləri, məhsulları və əlaqə məlumatlarını əlavə edin. Önbaxışdan sonra səhifəni yayımlayın.
Markanız üçün üstünlük
Məhsullarınızı, xidmətlərinizi və əlaqə kanallarınızı markanıza uyğun mobil səhifədə təqdim edin. Hansı keçidin daha çox maraq yaratdığını görün və müraciətləri vahid paneldən idarə edin.
INVI yanaşması
Bir link.Sonsuz mənbə.
Bio-nuzu hər dəfə yeniləmək əvəzinə bir dəfə qurun. Məzmunu istədiyiniz vaxt dəyişin.
Məhsullarını, xidmətlərini və əlaqə kanallarını vahid mobil səhifədə təqdim etmək istəyən şəxsi brendlər, mağazalar və xidmət biznesləri üçündür. Görünüş seçdiyiniz sahəyə uyğun formalaşır.
Səhifəniz invi.az/adınız formatında olur. İstədiyiniz ünvan istifadəyə açıqdırsa, onu seçib Instagram, TikTok və ya WhatsApp bio-nuzda paylaşa bilərsiniz.
Sosial şəbəkə keçidləri, məhsul və xidmətlər (şəkil və qiymətlə), telefon, WhatsApp, e-poçt, ünvan, kontakt kartı və müraciət forması. Bloklar üçün başlama və bitmə vaxtı da təyin edilə bilər.
Paneldə son 30 günün baxış sayı, kliklər, hansı keçidin daha çox işlədiyi, ziyarətçilərin haradan gəldiyi və mobil/desktop bölgüsü göstərilir. Şəxsi məlumat toplanmır.
Əlaqə formasını aktivləşdirsəniz, gələn müraciətlər panelinizdəki “Əlaqələr” bölməsində toplanır və Excel faylı kimi yüklənə bilir.
Xeyr. Eyni e-poçt hər iki məhsul üçün işləyir. Link səhifəniz və dəvətnamələrinizin cavabları eyni hesabda görünür.
Ünvanınızı seçin, səhifənizi qurun və bio-nuzda paylaşın.